Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

30 dekabr 2017 | 16:00

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.

“Açıq qapı” günündə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissələrin şəxsi heyətini və əsgər valdeyinlərini 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusudur.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hərbi hissələrdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.

 

Keçidlər