Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

26 dekabr 2017 | 16:00

Dekabrın 25-də Tərtər Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.

Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov  çıxışında İslamda şəhidlik məqamından danışıb. Bildirib ki, başqa dövlətlərdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın dinimizlə heç bir əlaqəsi yoxdur.
 

Keçidlər