Alman faşizmi üzərində qələbənin 68-ci ildönümü münasibətilə II Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində ümumrayon tədbiri keçirilmişdir.
Alman faşizmi üzərində qələbənin 68-ci ildönümü münasibətilə II Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə canlı arxivimiz olan Böyük Vətən Müharibəsi iştirakçıları ilə birgə rayon ictimaiyyəti də iştirak etmişdir. Əvvəlcə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov müharibə veteranlarını bayram münasibətilə təbrik etmiş, dövlətin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Tədbirdə rayon Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri İman Almuradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Niyaz Məmmədov, Qarabağ müharibəsi veteranı Nizami Heydərov çıxış etmişlər. Yığıncağın sonunda 16 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına maddi yardım göstərilmişdir.