Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər rayonunda əsgərlərlə görüş keçirilib

21 dekabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları ənənəvi olaraq qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissədə olublar.

Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərində həlak olmuş Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və Milli Qəhrəman Mahir Mirzəyevin atası Sabir Mirzəyev də tədbirdə iştirak ediblər.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidmət, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.

Qeyd edilib ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin artan iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla həyata keçirilir.

 

Keçidlər