Tərtərdə “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
"Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində keçirilən aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan YAP rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri iştirak ediblər. Aksiya çərçivəsində rayonun Buruc–Gülabatlı kəndləri ərazisində yerləşən meşə zolağının 3 hektar sahəsində 4 min ədəd ağac əkilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib.
Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı ağacəkmə kampaniyası dövründə mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.