Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun 11 kəndində icra olunan içməli su layihəsi uğurla yekunlaşıb

13 dekabr 2017 | 16:00

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunun 11 kəndində icra olunan layihələr uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş tədbir İsmayılbəyli kəndində keçirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, cəbhə bölgəsi olan Tərtər rayonunun problemləri həmişə respublika Prezidentinin diqqət mərkəzində olub. Bu diqqət və qayğının nəticəsidir ki, Tərtər rayonu işıq, qaz, içməli su ilə fasiləsiz təmin edilir. Sonra rayon rəhbəri bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyətindən danışıb, bildirib ki, Tərtər şəhərinin içməli su problemi həll edildikdən sonra, layihələrin icrası kəndlərdə də davam etdirilir. Kəndlərin içməli su probleminin həlli  edilməsi mühüm hadisədir və sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

“Azərsu” ASC-nin direktor müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Respublika Prezidentinin sərəncamına əsasən, Tərtər rayonun 11 kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirilib. Layihəyə uyğun olaraq rayonun 10 kəndində - Seydimli, Əskipara, Səhləbad, Düyərli, Sarıcalı, Yenikənd, Qaraağacı, İsmayılbəyli, Hacıqərvənd, Buruc kəndlərində su təhcizatı Şıxarx qəsəbəsi ərazisində yerləşən su anbarı hesabına, Cəmilli kəndində isə yeni qazılmış 1 ədəd subartezian quyusu hesabına aparılıb. Layihəyə əsasən kəndlərdə 33272 p/metr su xətti çəkilmiş, 94 ədəd bulaqlar quraşdırılmışdır. Bu layihəninin icrası nəticəsində 11 kənddə 17270 nəfərin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.    

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarının ödənilməsində çətinliklər var idi. Kəndlərinə içməli suyun çəkilməsi onların məişət şəraitini yaxşılaşdırıb. Sakinlər kəndlərinin içməli su ilə təminatına görə Respublika  Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər