Cəbhə mövqeyində yerləşən Qapanlı kəndində Təhsil Nazirliyinin xətti ilə yeni tikilmiş 220 şagird yerlik tam orta məktəbin açılışı olmuşdur.
Cəbhə mövqeyində yerləşən Qapanlı kəndində Təhsil Nazirliyinin xətti ilə yeni tikilmiş 220 şagird yerlik tam orta məktəbin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Aydın Qarayev açmışdır. Əvvəlcə Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, valideynlərdən Rizvan Əzimov və məktəbin X sinif şagirdi Nilufər Əzimova çıxış etmişlər. Çıxış edənlər Respublika Prezidenti cənab İlham Əliyevə və Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildirmişlər. Yeni tikilmiş məktəbə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov xeyir-dua verərək öz ürək sözlərini bildirmiş və məktəbin açılışının rəmzi olan qırmızı lenti kəsmişdir. Sonra tədbir iştirakçıları tərəfindən məktəbə baxış keçirilmişdir.