Tərtərdə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “ Müharibə veteranı və əlillərin sosial müdafiəsinə yardım” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı gənclər də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq sözü ictimai birliyin sədri Emin Həsənliyə vermişdir.
E.Həsənli çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində sağlamlığını itirmiş soydaşlarımıza dövlət qayğısı barədə məlumat vermiş, bölgələrdə yaşayan müharibə veteranları və əlillərinə göstərilən sosial qayğı barədə danışmışdır.
Tədbirdə digər çıxış edənlər müharibə veteranlarının və ailələrinin problemlərinin həll edilməsinin cəmiyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini vurğulamışlar.