Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə əmək yarmarkası keçirilmişdir

08 sentyabr 2017 | 16:00

Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən rayonda İşaxtaran  və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir.

Tədbir iştirakçıları Tərtər rayonunda gedən sosial-iqtisadi inkişafdan, sahibkarlara göstərilən dövlət qayğısından, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışmışlar.

”Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 23 idarə, müəssisə və təşkilatdan 168 vakant iş yeri təqdim olunmuşdur ki, bunlardan da 65-i fəhlə, 103-ü qulluqçu kateqoriyasına daxil olan iş yerləridir. Yarmarkada 200-dən artıq işaxtaran vətəndaş iştirak etmiş, onların 55 nəfəri öz istəyinə və ixtisasına uyğun işə ğöndəriş  almışdır.

Keçidlər