Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon telekommunikasiya qovşağının kollektivi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir.

04 may 2013 | 15:00

 Tərtər rayon telekommunikasiya qovşağının kollektivi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd etmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərə və filmə baxmışlar.
Tədbirdə rayon telekommunikasiya qovşağının rəisi Rüfət Qurbanov və başqaları çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqına həsr etdiyi mənalı ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən bəhs etmişlər. Bildirilmişdir ki, Azərbaycanda rabitə sahəsi ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlamışdır. Ötən əsrin 70-80-ci illərindən başlayaraq Bakı şəhərində və respublikanın bölgələrində yeni rabitə müəssisələri inşa edilmiş, ATS-lər qurulmuş, respublika əhalisi keyfiyyətli rabitə vasitəsilə təmin olunmuşdur.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün digər sahələr kimi informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru da inkişaf etməyə başlamış və geniş vüsət almışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda rabitə və İKT sektorunun hazırkı sürətli inkişafı Ümummilli Liderin kursunu qətiyyətlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur. Bu gün Tərtər rayonunda müasir rabitə evinin istifadəyə verilməsi, 11 növ servis xidmətinin tətbiqi, əhaliyə Aztelekom və DataPlus provayderlərinə məxsus genişzolaqlı internet xidmətinin təklif olunması, yeni ATS və peyk rabitəsinin kəndlərə ayaq açması Azərbaycan rabitəsinin inkişafının göstəricisidir.
 

Keçidlər