Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib

29 avqust 2017 | 16:00

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq sözü Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımova verib.

Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, layihənin məqsədi məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) Təşəbbüsünün tətbiqinə dəstək verilməsi, elektron xidmətlərdən istifadə etməkdə çətinliklə üzləşən region sakinlərinə xidmətdən yararlanmaq imkanlarının yaradılmasıdır.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barədə məlumat verən X.Kazımov bildirib ki, ölkəmizdə Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tətbiqi istiqamətində ciddi addımlar atılmaqdadır: Fəaliyyət planının icrası nəticəsində şəffaflığın təmin olunması, məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına yardım edən elektron xodmətlərin sayı artırılıb. Plan 11 istiqamət üzrə quraşdırılmış 59 tədbiri əhatə edir. Artıq fəaliyyət planında nəzərdə tutulan tədbirlərin xeyli hissəsi icra edilib.

Sonra Nəqiliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri, “Elektron hökumət” portalı ilə bağlı məlumat verib: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət” vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən gigər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanına malikdir.  Hazırda “Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur.

Tədbirin sonunda fəal iştirakçılara “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.
 

Keçidlər