Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd kəndində rayon rəhbərinin səyyar qəbul-görüşü oldu

25 avqust 2017 | 16:00

Tərtər Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Təzəkənd kəndində oldu. Hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşdə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında məlumat verdi. Kənd ağsaqqalı Rəşid Məmmədov tədbir iştirakçılarını salamlayaraq, kənddə işıq, qaz probleminin olmadığını bildirdi. Qeyd etdi ki, yerlərdə səyyar qəbulların keçirilməsi problemləri yerindəcə həll edir, kəndlinin hər hansı məsələ ilə bağlı rayona üz tutmasına ehtiyac qalmır. Sonra kənd ağsaqqalı Tərtər rayonuna, eləcə də kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentə sakinlər adından minnətdarlığını bildirdi.

Təzəkənd kənd sakinləri Rza Cəfərli, Zinyət İbrahimova, Naibə Abbasova, Fuad Əliyev, Minarə Mehtiyeva, Eldar Balacayev, Pakizə Quluyeva, Əli Abbasov və başqaları müraciət edərək rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz ilə təmin olunmasına görə razılıqlarını bildirdilər. Qəbulda əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıldı. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə subartezian quyularının qazılmasına, içməli suya, kəndin telefonlaşdırılmasının başa çatdırılmasına ehtiyac olduğunu bildirdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər