Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon təhsil işçilərinin toplantısı keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon təhsil işçilərinin toplantısı keçirilmişdir. İlk öncə toplantı iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gələrək xalqımızın böyük oğluna sevgi və ehtiramlarını bildirmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.
Daha sonra rayon Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri açıq elan edən rayon Təhsil şöbəsinin müdiri Aydın Qarayev ulu öndər Heydər Əliyevin təhsil sahəsinə böyük önəm verməsi, qayğı göstərməsi, bu sahədə gördüyü işlərdən söz açdı. Natiq dövlət başçısı İlham Əliyevin ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi onun mütərəqqi ideyalarını bu gün də həyata keçirdiyi, təhsil sahəsini müntəzəm inkişaf etdirdiyi diqqətə çatdırdı. Tədbirdə çıxış edənlər müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin doğma vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, dahi rəhbərin elmə, təhsilə daim xüsusi önəm verdiyini diqqətə çatdırmışlar. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov iştirak etmisdir.