Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

01 iyul 2017 | 16:00

2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib. Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov peşə bayramı münasibəti ilə polis işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.
Tədbirdə iştirak edən rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Polis Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Qeys Qəhrəmanov çıxış edərək 99 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.
Sonra rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Ərşad Əhmədov daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə Fəxri Fərmanlar, qiymətli hədiyyələr  və pul mükafatları təqdim edildi.

Keçidlər