Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə “Kitab bayramı” təşkil edilmişdir.
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə “Kitab bayramı” təşkil edilmişdir.
Tərtər rayon Mərkəzləşmiş Kitabxana Sistemində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Xalqa bağlanan ömür” başlığı altında “Kitab bayramı” təşkil edilmişdir. Tədbiri giriş sözü ilə müdir əvəzi Gündüz Mürsəlov açdı. Kitab bayramında 400- ə yaxın kitab sərgidə nümayiş etdirilmişdir. Sərgidə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar və müxtəlif sahələri əhatə edən elmi və bədii əsərlər nümayiş etdirilmişdir.
Ümummilli liderin 90 illiyinə həsr olunmuş “Heydər adlı günəş sönməz” başlıqlı ədəbi-bədii kompazisiya göstərilmişdir.
Tədbirdə 1700 nəfərdən çox tamaşaçı iştirak etmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sadıqlı Yeganə xanım iştirak etmiş və tədbirdə çıxış etmişdir.