Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş umumrayon tədbiri keçirilib

09 may 2017 | 16:00

Alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş umumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.

Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu Öndərin təbirincə desək “veteranlar bizim canlı arxivimizdir”.
Bu gün Ulu öndərin  layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.   Qələbənin 72 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin   sərəncamı ilə   ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızları alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.
Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 72 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Nizami Heydərov  onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmədova Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalını təqdim edildi.

Sonda  veteranlara  rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olundu.

 

Keçidlər