Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunan mini-futbol turniri keçirildi
Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunan mini-futbol turniri keçirildi
25 aprel 2013-cüil tarixində YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə gənclər arasında Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş mini-futbol yarışı keçirildi. Gərgin keçən mini-futbol üzrə Köçərli kənd tam orta məktəbinin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə, Buruc kənd tam orta məktəbinin komandası isə III yerə, şahmat turnirinin yekunlarına görə isə Qurbanzadə Cavidan İlkin oğlu I yerə, Cabbarova Aytən Müslüm qızı II yerə, Vəliyev Samir Elvin oğlu isə III yerə layiq görülmüşlər. Qalib komandaya YAP Tərtər rayon təşkilatı, Tərtər rayon icra hakimiyyətin və rayon gənclər və idman idarəsinin təsis etdiyi keçici "Kubok" və fəxri fərmanlar verilib.
Yarışa yekun vuran Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək yarışın iştirakçılarını yüksək oyun texnikası nümayiş etdirdiklərinə, bu məsul yarışa ciddi hazırlaşdıqlarına görə təbrik etdi: "Bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir. Elə bunun bariz nümunəsidir ki, bugünkü tədbirdə də gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar. Futbol turniri bir daha onu göstərdi ki, gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir, idmana çox böyük maraq göstərir və onlar zəngin potensial qüvvəyə malikdirlər. Demək olar ki, hər bir idmançının ayrı-ayrılıqda möhtəşəm yarışlarda iştirak etmək və uğur qazanmaq qabiliyyəti vardır".
C.Cəfərov, həmçinin, onu da vurğuladı ki, bu gün Azərbaycanın layiqli gəncliyi yetişir: "Bu gənclər Prezident cənab İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində gənclərimiz hazırda Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın hazırlanması ilə bağlı xüsusi Sərəncam imzalayıb. Bu Proqram gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların içtimai-siyasi fəallığının artmasına kömək edəcəkdir".
Mərasimdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, gəncləri Azərbaycanın inkişafı yolunda daha fəal olmağa çağırdı.