Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin birinci rübünün yekunlarına dair hesabat yığıncağı

25 aprel 2013 | 15:00

2013-cü ilin birinci rübünün yekunlarına dair hesabat yığıncağı

24 aprel 2013-cü il tarixdə Tərtər rayon İcra Hakimiyyətində  2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş işlərin müzakirəsi olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında Ümummilli Liderin ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşdur.
Gənclər Mərkəzinin akt zalında keçirilən hesabat yığıncağında hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabat məruzəsi dinlənilmişdir.
Tədbirdə rayon icra başçısı Ceyhun Cəfərov bir sıra idarə və təşkilatlarda çalışan rəhbər şəxslərə ciddi tapşırıqlar verib. Rayonda görülməli işlərin çox olduğunu deyən icra başçısı rəhbər şəxslərə işlərində dönüş etməyi tapşırıb. O, qaz təchizatı, enerji və su təsərrüfatında görülməli işlərin çox olduğunu bildirib. Orta məktəblərdə 10-11-ci sinif şagirdlərinin davamiyyətinin aşağı olmasını deyən Ceyhun Cəfərov bu istiqamətdə ciddi işlərin görülməsi ilə bağlı təhsil şöbəsinə son xəbərdarlığını edib. Rayon İcra Hakimiyyətinin başçısı əhalinin şikayətlərinə biganə qalan idarə və təşkilat rəhbərləri haqqında ciddi tədbirlər görüləcəyini bildirib.

Keçidlər