Şriftin ölçüsü :

Saytın rəngi :

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirildi

30 mart 2017 | 16:00

Martın 30-da Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə YAP Tərtər Rayon Təşkilatı rayon Təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin doqquzuncu sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel savaşında Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Rəşadətli Azərbaycan Ordusu” mövzusunda inşa-yazı müsabiqəsi keçirildi.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bu gün möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Ordusunun təkcə regionda deyil, uzun tarixə malik dövlətlərin orduları arasında da qabaqcıl yerlərdən birinə sahib olmasından, ordumuzun hər an düşmən tapdaqları altında olan torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizəyə hazır olmalarından danışdılar.

Çıxışlar bitdikdən sonra  inşa yazı müsabiqəsi başlanıldı. Müsabiqədə rayonun 44 ümumtəhsil məktəbindən 44 nəfər doqquzuncu sinif şagirdi iştirak etdi.

Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər YAP rayon təşkilatı və Təhsil şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyələrlə mükafatlandırılacaq.
 

Keçidlər