Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Novruz Bayramı rayon ərazisində yerləşən hərbi hissələrdə davam etdirilir

20 mart 2017 | 16:00

Novruzun gəlişi münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti ictimaiyyət nümayəndələri ilə birlikdə rayon ərazisində yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirmişdir.

Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Milli bayramımız-Novruz bayramı münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.

Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulamışdır. Tərtərlilərin tezliklə Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına inandıqlarını bildirmişdir.

Sonra rayon rəhbəri əsgərlərlə birlikdə Novruz tonqalını alovlandırmış və tədbir rayonun özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər