Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 10 Mart - Milli Teatr Günü münasibəti ilə tədbir keçirildi

12 mart 2017 | 16:00

Martın 11-də Tərtər Rayon Mədəniyyət Mərkəzində Milli Teatr Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrı ilə birlikdə tədbir keçirmişdir. 

Tədbirdə bildirilmişdir ki, bu gün Azərbaycan teatrı yaranmasının 144-cü ildönümünü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.

Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında bütün dövrlərdə daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Qeyd edilib ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.

Sonda Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrının aktyorlarının iştirakı ilə “Tülkü həccə gedir” xalq nağılı əsasında Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşası məktəblilərə nümayiş etdirildi.

Keçidlər