Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon qadınlarının konfransı keçirilmişdir

18 aprel 2013 | 15:00

Tərtər rayon qadınlarının konfransı keçirilmişdir

17 aprel 2013-cü il tarixdə Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Tərtər rayon qadınlarının konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra konfrans rayon Gənclər mərkəzinin akt zalında davam etdirilmişdir.
Konfransda çıxış edənlər ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, Tərtər qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları roldan danışmışlar. Bildirilmişdir ki, rayon əhalisinin 38 min 172 nəfərini qadınlar təşkil edir. Rayon qadınlarından 1134 nəfəri təhsil, 560 nəfəri səhiyyə, 297-si mədəniyyət sahəsində çalışır. Təkcə son bir ildə 3 qadın orta məktəbə direktor vəzifəsinə təyin edilmiş, təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 3 qadın “Əməkdar müəllim” adına, 2 qadın “Tərəqqi” medalına layiq görülmüşdür. Hazırda 59 nəfər qadın dövlət qulluğunda, o cümlədən 15 qadın rəhbər vəzifədə işləyir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının 5165 nəfər üzvündən 2647 nəfəri, bələdiyyə üzvlərindən 67 nəfəri qadınlardır.
Konfransda Milli Məclisin deputatı Gülçöhrə Məmmədova çıxış edərək dövlət qadın siyasətinin istiqamətlərindən, rayon qadınlarının qarşısında duram vəzifələrdən danışmışdır.
Tədbirdə Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər