Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Tərtər rayonunda Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib.

09 mart 2013 | 16:00

Bu gün Tərtər rayonunda Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib.

Yığıncaqda rayonun qadın ictimaiyyətinin 200 nəfərə qədər nümayəndəsi iştirak edib.
Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir. C. Cəfərov son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirob.
Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr verilib.

Keçidlər