Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə hesabat verdi

28 yanvar 2017 | 16:00

Rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdi.

Tədbirdə aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Yığıncağı Tərtər Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Sahib Həsənov açaraq bildirdi ki, 2016-cı il respublikamız, eləcə də rayonumuz üçün uğurlu oldu.

Ölkəmizin hər yerində olduğu kimi 2016-cı il ərzində Tərtər rayonunda da sosial-iqtisadi inkişaf baxımından bütün sahələrdə irəliləyişə, inkişafa nail olunub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhərdə tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.

Hesabat dövründə  Tərtər şəhərinin E.Hüseynov, Nizami, Xətai küçələrində ümumi uzunluğu 15 kilometrə yaxın yeni bardiyorlar düzülmüş, işıqlanma sistemi qurulmuş, yaşıllıqlar salınmış, kommunikasiya xətləri qaydaya salınmışdır. H.Əliyev prospekti, Nizami, E.Hüseynov, Ş.Qurbanov, R.Mürsəlov, V.Hüseynov, F.Qulami, Xətai, H.Aslanov, M.Hüseynzadə, V.Orucov, M.Mahmudov, E.Səfərov, S.Məmmədov, F.Əmirov, V.Həsənov, S.Vurğun, R.Kərimov, T.Rəhimov, küçələri başdan-başa afaltlanmışdır. Hazırda digər küçələrdə asfalt örtüyünün qoyulması üçün hazırlıq iləri aparılır.

Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun və “Azərbaycan Bayrağı” ordenli M.Mahmudovun adına olan küçələrdə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində onların barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin girişində də tezliklə baralyeflər qoyulacaqdır.
Şəhərdə 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad və giriş hissələri təmir olunaraq suvanmış və rənglənmiş, 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuşdur. Bu işlərin görülməsi, əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür.
Tərtər çayı sahilində 5,0 hektar ərazidə yeni park salınır.

Şəhərdə ən böyük layihə-kanalizasiya  və su çəkilişi işləri başa çatdırılıbdır. Tərtər şəhərini əhatə edən bütün küçə və dalanlara su və kanalizasiya xətləri çəkilib. Şəhərdə həyət evlərində yaşayan 3100 abonentə  smart kart tipli, bina evlərində yaşayan 300 abonentə  mexaniki sayğaclar quraşdırılıb. Sayğac quraşdırılma işləri davam etdirilir. Əhali 24 saat fasiləsiz içməli su ilə  təmin edilir.

Əhaliyyə rabitə xidmətinin yüksəltmək məqsədi ilə rabitə xətləri tam texniki normaya uyğunlaşdırılıb, yeraltı kabellər kanalizasiya quyularına köçürülübdür.

Hesabat dövründə şəhər ərazisində müxtəlif gücdə 37 ədəd yeni KTM ( komplekt transformator məntəqəsi) tikilib. Bundan 15 ədədinin  0.4 kv-luq hava xətti sip kabellə əvəz olunub. Bu məqsədlə 2055 ədəd 0.4 kv-luq dayaqdan, 49.7 km müxtəlif ölçülü kabeldən istifadə edilibdir.

Abonentlərin qaz təchizatının yaxşılaşdırmaq məqsədi ilə lazimi tədbirlər görülüb, əhali 24 saat mavi yanacaqla təmin olunubdur.

Şəhərin Nizami, Ə.Paşayev, M.Hüseynzadə küçələri və H.Əliyev prospektində yerləşən beşmərtəbəli binaların zirzəmi hissəsi təmizlənib dezinfeksiya edilib, çoxmənzilli yaşayış binalarının ətrafında yerləşən yaşıllıq zolaqlarının suvarılması daim diqqət mərkəzində saxlanılıb, binaların ətrafına vətəndaşların istirahəti üçün 39 ədəd oturacaqlar qoyulubdur. M.Hüseynazə küçəsində yerləşən cox mərtəbəli binaların ətrafında qanunsuz zəbt olunmuş sahələr təmizlənib, həmin ərazilər abadlaşdırılıbdır.

Ə.Paşayev, Nizami, V.Həsənov, Q.Məmmədov, V.Hüseynov küçəLərdə yerləşən 5 hektardan cox yaşıllıq zolaqlarının suvarılması üçün su xətləri çəkilibdir.

Hesabat İli ərzində nümayəndəlikdə 230 nəfər vətəndaş qəbul edilibdir. Onların həlli mümkün müraciətləri  yerindəcə həll edilib, qaldırdıqları məsələlər barədə aidiyyatı təşkilatların rəhbərlərinə məlumat verilibdir.

Yığıncaqda çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov respublika prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan rayonumuza göstərdiyi diqqət və qayğıdan, hesabat ilinin may ayında aprel hadisələrindən dərhal sonra xanımı ilə birgə rayonumuza gəlişindən, ön cəbhədə hərbi hissələrdə əsgər və zabitlərlə görüşündən, erməni təxribatçıları tərəfindən dağıdılmış evlərə baş çəkməsindən, özünün və xanımının həyatını riskə ataraq düşmənin 200 metrliyində Qapanlı kəndində sakinlərlə görüşündən, bu səfərdən dərhal sonra müharibənin vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılmasından danışaraq, dekabr ayında ölkə rəhbərinin yenidən rayonumuza səfər zamanı sosial obyektlərin açılışında iştirak etməsini, bərpa olunmuş evlərdə olmasını, Tərtərdə görülən tikinti-abadlıq işlərindən razı qalmasını dilə gətirmişdir. Bildirmişdir ki, Prezidentimizin “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir”,-sözləri tərtərliləri daha yaxşı işləməyə və ölkə rəhbərinin ətrafında daha sıx birləşməyə ruhlandırır. Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, cari ildə qarşıda duran vəzifələrdən danışıblar.
 

Keçidlər