Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlər müzakirə olunmuşdur.

16 fevral 2013 | 16:00

15 fevral 2013-cü il tarixdə Tərtər rayon İcra Hakimiyyətində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlər müzakirə olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanında Ümummilli Liderin ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra tədbir iştirakçıları Gənclər Mərkəzində  Rəsm qalareyasında "Tərtər Dünən və Bu gün" adlı fotosərgi və ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə ilə tanış olmuşlar. Foto sərgidə 2012-ci ildə rayonda aparılmış abadlıq-quruculuq işləri nümayiş etdirilmişdir.
Gənclər Mərkəzinin akt zalında keçirilən hesabat yığıncağında rayonda aparılan genişmiqyaslı işlər haqqında film göstərildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabat məruzəsi dinlənilmişdir. Hesabat yığıncağında Prezident adminstrassiyasının məsul işçisi R. Əliyev və Milli Məclisin deputatı S. Aliyev iştirak etmişlər.

Keçidlər