Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 31 mindən çox tut tingi əkilib

09 dekabr 2016 | 16:00

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.

Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.

Dekabrın 9-da Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.

Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.

 

Keçidlər