“Əbədiyaşar insan” mövzusunda inşa yazı müsabiqəsi keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti 12 dekabr Ümummilli liderin anım günü münasibəti ilə rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədiyaşar insan” mövzusunda inşa yazı müsabiqəsi keçirdi.
Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə oldu. İki akademik saat vaxt ayrılan yekun turda 34 ümumtəhsil məktəbindən 34 nəfər şagird iştirak etdi. Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq məktəbliləri salamladı, onlara Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi.
Müsabiqənin yekununda Qapanlı kənd tam orta məktəbin X sinif şagirdi Əliyev Həsənəli Şahin oğlu birinci, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi İsmayıllı Ülviyyə İsmayıl qızı ikinci və Soyulan kənd tam orta məktəbin XI sinif şagirdi İsmayıllı Səbinə Abbas qızı üçüncü yerə layiq görüldülər.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu.