Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

07 dekabr 2016 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Keçidlər