Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCLƏR GÜNÜ QEYD OLUNMUŞDUR

03 fevral 2013 | 16:00

Tərtər rayonunda gənclər günü ilə əlaqədar tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının və rayon gənclər və idman idarəsinin təşkilatcılığı ilə keçirilən tədbirdə rayonun fəal gəncləri bir araya gəliblər. Tədbirdə fevralın 2-nin gənclər günü kimi təsis olunmasında Ulu öndərin xidmətlərindən söz açılıb. Bildirilib ki, həmin siyasət bu gün də, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Qeyd olunub ki, bu gün tərtərli gənclər də rayonun sosial-iqtisadi, ictimai-mədəni və idman həyatında fəal iştirak edirlər. Təhsildə, istehsalatda, ictimai-mədəni həyatda və idmanda fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının hədiyyələri verilib.
 

Keçidlər