Ədliyyə işçiləri peşə bayramlarını qeyd etdilər
22 noyabr 2016 | 16:00
22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.