16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib
16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.
Tədbiri mərkəzin direktoru Səlimə Yusibova açaraq “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfiessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”
Qeyd olunub ki, Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşı Kənan Xudiyev, rayondakı Cümə Məscidinin axundu və dini icmanın sədri Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov çıxış edərək mürəkkəb, ziddiyyətlər və təzadlarla dolu dövrümüzdə radikal dini təriqətlərə qarşı xüsusilə diqqətli olmağın vacibliyini söyləyiblər.