Rayon gəncləri ilə görüş
Tərtər rayon İcra hakimiyyətində rayon İcra Hakimiyyətinin Başçısı ilə rayon gənclərinin görüşü keçirilmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda, o cümlədən Tərtər rayonunda dövlət tərəfindən gənclərlə bağlı görülən işlərdən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-2017-ci illər üçün hazırlanıb qəbul edilən Gənclərlə bağlı Dövlət Proqramının vacibliyini vurğulayıb. C.Cəfərov prezident İlham Əliyevin tapşırığı ilə Tərtərdə gənclər mərkəzinin tikintisinin başa çatmasını və ötən ilin oktyabr ayının 7-də möhtərəm Prezdentimiz tərəfindən açılışından danışaraq bildirmişdir ki, bu gün Gənclər MərkəzindəGənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər bir şərait yaradılmışdır. Daha sonra rayon gənclərinin fakir və təklifləri dinlənilmiş, onları maraqlandıran suallara cavab verilmişdir.