Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirildi

19 oktyabr 2016 | 16:00

Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib.

Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artaraq 108.5 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun həcmi 10.2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 12.5 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 4.3 faiz, sərnişin daşımalarının  həcmi 5.2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,8 faiz, kənd təsərrüfatının məhsulunun ümumi həcmi 3.2 faiz artmışdır.

Möhtərəm cənab Prezidentimizin tapşırığına uyğun olaraq 2016-cı ildə rayonda 1035 hektar pambıq əkilb becərilmişdir. Əvvəlki ilə nisbətən pambıq əkini 88.2 faiz artmışdır. Hazırda pambığım yığımı uğurla davam etdirilir. Qəbul məntəqələrinə bugünədək 1235 ton məhsul təhvil verilmişdir. Bu da əvvəlki ilə nisbətən 2 dəfə çoxdur.

2017-ci ildə rayonda 3000 hektar  sahədə pambıq, 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulmuşdur. Baramaçılığın gələcəkdə inkişaf etdirilməsi üçün rayonda 120 min ədəd çəkil tingi əkiləcəkdir. Bunun üçün sahələr müəyyənləşdirilmiş, qüvvələr səfərbər edilmiş və digər tədbirlər görülmüşdür. 2017-ci ildə illərdən bəri istifadə olumayan 300 hektar sahədə bağçılığı inkişaf etdirmək məqsədi ilə xurma, fındıq, zeytun, badam və nar bağlarının salınması planlaşdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 2134 ton diri çəkidə ət, 15.3 min ton süd, 7 milyon 670 min ədəd yumurta, 125 ton yun və son 20 ildə ilk dəfə 959 kilqram barama istehsal edilmişdir. İribuynuzlu mal-qaranın sayı 26.7 min başa, xırdabuynuzlu mal-qaranın sayı 73.1 min başa çatmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonumuzda son 10 ildə 123  subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Sərsəng Su Anbarından ermənilər tərəfindən əkin, səpin və becərmə işləri zamanı suvarmada çətinliklər yaradılsa da, həmin artezianlar vasitəsi ilə təsərrüfatlarda su qıtlığı xeyli aradan qaldırılmışdır.

Cari ilin 9 ayında rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. 2016-cı ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına və əhalinin mal-qarasına və digər əmlaklarına müxtəlif dərəcədə ziyan dəymişdir. Bununla əlaqədar ölkə Prezidentinin Sərəncamı ilə zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılmış və yüksək səviyyədə təmir-bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir.

 

YAP Tərtər Rayon Təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni tikilmiş inzibati binanın tikintisi başa çatmış, mebel və avadanlıqlarla təchiz olunmuşdur. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuş, 7 ədəd çoxmərtəbəli ictimai yaşayış binalarının fasad hissəsi və giriş blokları  suvanıb rənglənmiş, bloklarda 57 pəncərə və 21 blok qapıları asılmışdır. Tərtər şəhərinin Heydər Əliyev Prospektində və Elman Hüseynov, Famil Qulami, Şıxəli Qurbanov, Mehrac Mahmudov, V.Hüseynov, Fikrət Əmirov, Rasim Mürsəlov küçələrində ümumi uzunluğu 8 km olan yollara asfalt örtük çəkilmişdir. Mahir Əsədov küçəsinə asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri aparılır. Tərtər şəhərinin H.Əliyev prospektində  və E.Hüseynov küçəsində səkilərə tamet daşları döşənmişdir. E.Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan yeni səki daşlar-bardyor düzülmüş, kommunikasiya xətləri qaydaya salınmış, küçə genişləndirilmiş, küçə boyu yaşıllıq zolağı salınmış, gecə işıqlanması ilə təmin olunmuşdur. Şəhərin Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllərdə 2 ədəd müasir yaşıl örtüklü kiçik idman meydançaları tikilib istifadəyə verilmişdir. 

Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının və müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin tikintisi davam etdirilir. Bu obyektlərdə də son tamamlama işləri aparılır. Tərtər şəhərində ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli, zirzəmili, müasir üslubda Tarix-diyarşünaslıq müzeyinin tikintisi aparılır. Mühüm strateji əhəmiyyətə malik 18051 nəfər əhalisi olan, rayonun 19 yaşayış məntəqəsini birləşdirən, Sarıcalı kəndi ərazisində, Tərtər çayı üzərində uzunluğu 106 metr, eni 11.5 metr olan 3 aşırımlı yeni körpünün tikintisi davam etdirilir. 

Respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun 18-ci kilometrində, Sarov kəndi ərazisində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün layihə-smeta sənədləri əsasında yeni körpünün tikintisinə başlanılmışdır. 2016-cı ilin 9 ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş, Tərtər çayı sahilində, 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. 

2015-ci ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Bu işlər uğurla davam etdirilir.

Sonra məruzə ətrafında rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, mərkəzi xəstəxananın baş həkimi Yaşar Hüseynov, elektrik şəbəkəsinin rəisi Zülfü Salahov çıxış etmişlər.

Müzakirələr zamanı elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edildi.

Yığıncaqda çıxış edən Prezident Administirasiyasının məsul işçisi Arif Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə tapşırıqlarının icrası ilə bağlı öz tövsiyələrini verdi.

Hesabat yığıncağı söylənən təklif və qeydlər nəzərə alaraq müvafiq qərar qəbul etdi.
 

 

Keçidlər