Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqillik gününə həsr edilmiş konsert olmuşdur

17 oktyabr 2016 | 16:00

Oktyabrın 17-də rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş konsert proqramı təşkil etmişdir.

Konsertdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, xalq və əməkdar artistlər iştirak etmişlər. Tamaşaçılar Xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, muğam ifaçısı Rövşən Əzizin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılamışlar.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov tədbir iştirakçılarını 18 oktyabr-Müstəqillik günü münasibəti ilə təbrik etmiş, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

 

Keçidlər