Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini ekstremizm və onun fəsadları” mövzusunda marifləndirici tədbir keçirilmişdir

09 sentyabr 2016 | 16:00

Sentyabrın 9-da Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə   “Dini ekstremizm və onun fəsadları” mövzusunda marifləndirici tədbir  keçirilmişdir.

Tədbirdə rayon gəncləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açaraq bildirmişdir ki, Tərtər rayonunda dini və mənəvi əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, cari ilin iyun ayının 9-da Dövlət Müşaviri Kamal Abdulla rayonumuza səfər etmiş, Tərtər Cümə Məscidində dindarlarla görüşmüş, onlara dövlətimiz tərəfindən göstərilən diqqət-və qayğıdan danışmışdır.

E.Umudov qeyd etmişdir ki, rayonda 5 məscid var, onlardan biri rayon mərkəzində fəaliyyət göstərən Tərtər “Cümə” məscididir. Digər 4 məscid-Hacıqərvənd, Azad Qaraqoyunlu, Əskipara və Qaynaq kənd məscidləri mövsümi fəaliyyət göstərir. Ərazidə olan məscidlər və ziyarətkahlar  bələdiyyələrin balansına verilmişdir. Rayonda bir dini icma fəaliyyət göstərir.

2015-ci ildə Tərtər “Cümə” məscidində Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən ayrılmış vəsait hesabına cari təmir işləri aparılmışdır.

 Tərtər rayon İcra Hakimiyyəti başçısı yanında 15 nəfərdən ibarət Dini işlər üzrə komissiya fəaliyyət göstərir. Komissiya zərərli dini ədəbiyyatın rayona gətirilməsinin və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxış keçirilir, rayon ağsaqqalları, din adamları və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov çıxış edərək dini ekstremizimlə mübarizənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin zəruri olduğunu deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir.

Sonra Tərtər Rayon Polis şöbəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi Nəbi Məmmədov, Cümə məscidinin axundu Sadiq Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və təhsil şöbəsinin əməkdaşı Nigar Məstəlizadə mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirmişlər.
 

 

Keçidlər