Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində tədbir keçirilmişdir

18 avqust 2016 | 16:00

Avqustun 16-da Tərtər rayon Gənclər Mərkəzində “Gənc Politoloqlar Mərkəzi” Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsinin əhəmiyyətindən və rayonda bu sahədə görülən işlərdən danışdı.

Sonra «Gənc Politoloqlar  Mərkəzi»nin sədri İlkin Əliyev və hüquqşünas-təlimçi Lamiyə Məmmədova çıxış edərək, layihə haqqında məlumat verdilər. Bildirildi ki, layihənin keçirilməsində əsas məqsəd “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun  regionlarda təbliğ etməklə vətəndaşlara qanunda tutulan hüquq və imkanları aşılamaq və yerli idarəetmədə şəffaflıq və qanunçuluq prinsiplərinə dəstək olmaq üçün vətəndaşların rolunu gücləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanuna müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalar əlavə edilmişdir. Təkmilləşdirilmiş qanun cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətləri əks etdirir, vətəndaşlara daha yüksək qayğını təmin edir, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edir.

Mövzu ilə bağlı Tərtər Rayon Polis şöbəsinin rəis-müavini İlqar Fərəcov, Tərtər Rayon Prokurorunun köməkçisi Rəşid Bayramov öz fikirlərini bölüşdülər.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırıldı, iştirakçılara maarifləndirici materiallar paylandı.

Tədbir avqustun 17-də Tərtər Peşə Təlim Mərkəzində davam etdirildi. 

Keçidlər