Şriftin ölçüsü :

Saytın rəngi :

"Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması" mövzusunda tədbir keçirilib

30 iyul 2016 | 16:00

Tərtər şəhər Gənclər Mərkəzində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Tərtər Rayon İcra Hakimiyyətlərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə "Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması" adlı layihə çərçivəsində tədbir keçirmişdir.

İctimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə keçirilən tədbirdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ruslan Quluyev çıxış edərək “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə danışıblar. Bildirilib ki, cəbhə zonasında yaşayan sakinlər daim dövlətə və orduya dəstək olmalı, xüsusilə sosial şəbəkələrdə diqqətli olmalı, dövlət sirrini qorumalıdırlar.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər