Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah qədərin olmasın!” mövsusunda tədbir keçirildi

21 iyul 2016 | 16:00

İyulun 20-də  “Gənclərin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Erkən nikah qədərin olmasın!” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində tədbir keçirmişdir.

Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihə haqqında məlumat vermiş, bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd  məişət zorakılığının bir forması olan erkən nigahla mübarizədə vətəndaşların, xüsusən gənclərin proffesionallığını artıraraq ailələrin uşaqlarını erkən nigaha məcbur etməkdən imtina etmələri mövzusunda dəstəkləmək, bu mümkün deyilsə, yeni həyatlarına hazırlanmaları istiqamətində gücləndirməkdən ibarətdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxış edərək göstərilən problemlə bağlı öz fikirlərini bölüşmüşdür.

Tədbir iştirakçılarına sertifkatlar və mövzu ilə bağlı maarifləndirici materiallar paylanmışdır.

Keçidlər