Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nikah mərasimi

11 iyul 2016 | 16:00

İyulun 10-da  Heydər Əliyev Mərkəzində iki gəncin- Yevlax şəhər sakini Orxan Məmmədov ilə Tərtər rayon Bala Kəngərli kənd sakini Şəbnəm Qasımlının  təntənəli nikah mərasimi keçirilmişdir.

Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etmişlər. Nikah mərasimindən öncə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi oldu. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.

Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıblar.

Sonda yeni ailə quran gənclərə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyələr təqdim olundu.

Keçidlər