BMT QAK-ın nümayəndələri Tərtərdə
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayevi qəbul etmişdir. BMT QAK-ın nümayəndələri aprel ayında gedən döyüşlər zamanı rayona dəymiş zərərin necə aradan qaldırılması ilə maraqlanmışlar.
Rayon rəhbəri bildirmişdir ki, respublika Prezidenti cənab İlham Əliyevin rayona səfərindən sonra dağılmış evlərin bərpası, rayona dəymiş zərərin aradan qaldırılması üçün rayona 3 miliyon manat vəsait ayrmışdır. Hazırda həmin vəsaitlə dağılmış evlər barpa olunur, rayona dəymiş ziyan aradan qaldırılır. Sonra rayon rəhbəri qonaqları bu istiqamətdə maraqlandıran suallara cavab vermişdir.