Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunun Balakəngərli kəndində yeni məktəb binasının acılışı olub

25 dekabr 2012 | 16:00

Qəzalı vəziyyətə olan köhnə məktəb binasının əvəzinə dövlət vəsaiti hesabına yeni məktəb binası tikilərək kənddə təhsil alan şagirdlərin istifadəsinə verilib.
Qarabağ bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, rayonun Balakəngərli kəndində yeni inşa olunmuş 80 şagird yerlik ümumi orta məktəb binası istifadəyə verilib.
Tədbirdə cıxış edən rayon icra başcısı Ceyhun Cəfərov müəllim və şagirdləri o cümlədən valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib. Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar . Lazımi inventar və avadanlıqla təmin olunmuş məktəbdə istilik sistemi, kitabxana, kompyuter otağı, fənn kabinələri, idman zalı yaradılıb.
 

Keçidlər