Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun-Dövlət Qulluqçularının Peşə bayramıdır

23 iyun 2016 | 16:00

23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə tədbir keççirilmişdir. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılmışdır.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir. Rayon rəhbəri öz çıxışında qeyd etmişdir ki, müstəqil respublikamızın hər yerində olduğu kimi neçə illərdir ki, rayonumuzda da Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olunur. Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət quruculuğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü elan olunmuşdur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.

Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır.

Ulu öndərin  rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın yeni  Konstitusiyası qəbul edildi. Konstitusiya respublikamızın dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etdi. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili və qanunvericilik hakimiyyəti Milli Məclis, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, Məhkəmə hakimiyyəti isə məhkəmələr tərəfindən həyata keçirilir. Hər üç hakimiyyət qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunmuşdur. Həmin komissiya bir neçə normativ-hüquqi aktlar hazırlamışdır. Bu qanunvericilik aktların böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, Dövlət Qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilmişdir.

2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur.

“Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul edilmişdir.

Rayonumuzun ayrı-ayrı müəssisələrində 262 dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.

Rayon rəhbəri 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə rayon icra hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovanın “Tərəqqi”, Statistika İdarəsinin rəisi Ədalət Məmmədovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu qeyd edərək onları təbrik etmişdir.

Sonra rayon Ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, statistika idarəsinin rəisi Ədalət Məmmədov, rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Sarov kənd İƏD üzrə nümayəndə Ramin Quliyev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək başda möhtərəm prezidentimiz  İlham Əliyev olmaqla bütün dövlət qulluqçularını təbrik etmişlər.

Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırmışdır.

 

Keçidlər