Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbçlər Qurtuluş gününü qeyd etdilər

15 iyun 2016 | 16:00

Rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri 15 iyun-Qurtuluş gününü qeyd etmişlər. Hərbçilər əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini yad etmişlər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Hərbçilər mərkəzdə Umummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini Elvin Umudov Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat vermişdir. Sonra tədbir “dəyirmi masa” arxasında davam etmişdir. N saylı hərbi hissənin şəxsi heyyətlə iş üzrə komandir müavini Samir Səfərov çıxış edərək tədbir iştirakçılarını Qurtuluş günü münasibəti ilə təbrik etmiş, Ulu Öndərin Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardığını bildirmiş, Azərbaycan xalqının xilaskarına çevrildiyini qeyd etmişdir. Onun hakimiyyətə qaydışından sonra ölkədə siyasi sabitlik, atəşkəs əldə olunmuş, Azərbaycan bir sıra böyük layihələri, o cümlədən “Əsrin müqaviləsi”ni imzalayaraq gələcəyə inamı möhkəmləndirmişdir.

Məruzəçi Ulu Öndərin Azərbaycanın Milli Ordusuna göstərdiyi diqqət və qayğını da dilə gətirmiş, hazırda bu diqqət və qayğının Umummilli liderin siyasi kursunun layiqli davamçısı respublika prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmiş, bunun nəticəsində bu gün Azərbaycanın düşmənə layiqli cavab verdiyini vurğulamış, aprel döyüşlərində qazanılan qələbədən söhbət açmışdır.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.
 

 

Keçidlər