“Məktəblilər arasında intllektual oyunlar vasitəsi ilə idmana marağın artırılması və sağlam düşüncə tərzinin formalaşdırılması” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib
Tərtər Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən keçirilən “Məktəblilər arasında intllektual oyunlar vasitəsi ilə idmana marağın artırılması və sağlam düşüncə tərzinin formalaşdırılması” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib.
Tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat vermişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə tədbir iştirakçılarını salamlamış, yarış iştirakçılarına uğurlar diləmişdir. O öz çıxışında rayon gənclərinin intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirildiyini bildirmişdir.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə Sarov kənd tam orta məktəbin “Mübariz” və Qapanlı kənd tam orta məktəbin “Land of Fire” komandaları daha yaxşı nəticə göstərərək, 5 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.