Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyunun müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunacaq

11 iyun 2016 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev mərkəzində  15 iyun Milli Qurtuluş gününə  həsr olunmuş tədbir keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmiş, sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto stentə baxmışlar.
Sonra toplantı Heydər Əliyev mərkəzinin konfrans zalında davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi gününün Milli Qurtuluş Günününə çevrilməsini, 15 iyunun  müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunduğunu qeyd edib, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçilərək dövlətimizi və xalqımızı xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanma kimi hallardan çıxararaq bü günkü surətli inkişafa malik Azərbaycanın təməlini qoymasında, onun Azərbaycançılıq, Vətənçilik ideologiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilməsindən, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışaraq əmin olduğunu bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunun əhalisi respublikamızın və rayonumuzun surətli inkişaf xəttinin davam etdirilməsinə öz töhfələrini artıracaqlarını, Azərbaycanın gələcəkdə də dünya miqyaslı layihələrin və tədbirlərin həyata keçirilməsində söz sahibi olacağını qeyd edib, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü işlərdən danışdı.

Sonra  Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusifova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, mədəniyyət və turizm şöbəsinin metodisti Reyhan İsmayılova, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini  Mətanət Hüseynova çıxış etmişlər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd etmiş, onun hakimiyyətə gəlişilə ölkədə hərc-məciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.

Keçidlər