Şriftin ölçüsü :

Saytın rəngi :

“Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” mövzusunda tədbir keçirildi

07 iyun 2016 | 16:00

İyunun 7-də Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov tədbir iştirakçılarını salamlayaraq “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” layihəsinin əhəmiyyətindən danışdı.

Sonra «Regional İnsan Hüquqları və Media Mərkəzi» İB-nin sədri Xalid Kazımov və məruzəçi Azər Mehdiyev çıxış edərək, layihə haqqında məlumat verdi, bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd respublikamızda MHŞT üzrə yeni standarta uyğun açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Qeyd etdi ki, təbii ehtiyatlar onlarla zəngin olan ölkələrə rifah və sabitlik gətirmək imkanına malikdir. Bu sahədə ictimai nəzarət hökumətləri ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı olmağa təşviq edir.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylandı.

Keçidlər