Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nikah mərasimi

06 iyun 2016 | 16:00

İyunun 18-də  Heydər Əliyev Mərkəzində iki gəncin- Tərtər şəhər sakini Nicat Quliyev ilə rayonun Bayandur kənd sakini Əsmər Məmmədzadənin  təntənəli nikah mərasimi keçirilmişdir.

Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etmişlər. Nikah mərasimindən öncə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önün gül dəstələri qoymuşlar.

Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi oldu. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısındanndan söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.

Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıblar.

Keçidlər