Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhlükəsiz Oyun Meydançası" uşaqların istifadəsinə verildi

04 iyun 2016 | 16:00

Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən Borsunlu kənd tam orta məktəbinin həyətində Almaniya Qızıl  Xaç Cəmiyyətinin əməkdaşlığı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi  keçirilmişdir.

Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Raul Ammon, Almaniyanın Qızıl  Xaç Cəmiyyətinin nümayəndəsii xanım Mik Pixend, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, cəmiyətin yerli bölməsinin nümayəndələri, kənd sakinləri, məktəblilər iştirak etmişlər.

Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev açaraq layihə haqqınad məlumat verib, bildirib ki, layihənin məqsədi cəbhə xəttinə yaxın olan kəndlərdə uşaqların oynaması üçün təhlükəsiz meydançalar və asudə vaxt keçirmək üçün qorxusuz yerlərlə təmin etməkdir.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətin başçısı Müstəqim Məmmədov da layihənin əhəmiyyətindən danışıb, bildirib ki, bu meydançalar uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından da əhəmiyyətlidir. Sonra rayon rəhbəri rayonun düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirmiş, qeyd etmişdir ki, düşmən təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur, işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarında gələn suyun qarşısını suvarma dövründə kəsir əkin sahələrinin suvarılmasında çətinliklər yaranır, qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olur. Bundan əlavə təmas xəttinə yaxın olan ərazilərdə qurumuş otlara od vuraraq yanğınlar törədir, bunun nəticəsində də  ərazinin flora və faunası məhv olur, taxıl sahələrimiz yanğına məruz qalır. Təkcə aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Dünyasını dəyişənlərdən 2-si məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Açılış mərasimində iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Raul Ammon, Almaniyanın Qızıl  Xaç Cəmiyyətinin nümayəndəsi xanım Mik Pixend də çıxış edərək Borsunlu kəndinin təmas xəttində yerləşdiyini, burada yaşayan sakinlərin çətin şərtlər altında yaşaqılarını bildiklərini qeyd etmiş, uşaqlara bu təhlükəsiz oyun meydançasından istifadə edərək asudə vaxtların səmərləi keçirməyi və xoş istirahətlər arzulamışlar.

Kənd ağsaqqalı Vaqif Qədimov və Borsunlu kənd tam orta məktəbinin şagirdi Nuranə Məmmədli də çıxış edərək meydançanın tikilməsində əziyəti olanların hamısına minnətdarlıqlarını bildirmiş, təhlükəsizlik meydançasının açılışının kənd sakinlərinin, o cümlədən valdeyinlərin və uşaqların sevincinə səbəb olduğunu bildirmişlər.

Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Almaniyanın Qızıl  Xaç Cəmiyyətinin nümayəndəsii xanım Mik Pixend meydançanın açılışını bildirən rəmzi lenti kəsmiş, meydança uşaqların istifadəsinə verilmişdir.
 

 

Keçidlər