Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri fənn olimpiadasının qalibləri ilə görüşmüşdür

19 may 2016 | 16:00

Bakı şəhərində keçirilmiş fənn olimpiadasının respublika turunda rayonumuzu beş məktəbli təmsil etmişdir. Onlardan üç nəfəri tarix fənni üzrə uğurlu nəticələr əldə etmişlər. Cəmilli kənd tam orta məktəbin X sinif şagirdi Qurbanov Cümşüd Habil oğlu II yerə, şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi  Kərimova Nuranə Elçin qızı və Dəmirçilər kənd tam orta məktəbin IX sinif şagirdi Bayramova Kubra Talıb qızı III yerə layiq görülmüşlər.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbliləri qəbul etmişdir.

Rayon rəhbəri məktəbliləri təbrik etmiş, onlara təhsildə yeni-yeni müvəffəqiyyətlər arzulamışdır. Sonra qaliblərə və onların müəllimlərinə qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir.

Keçidlər