Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir

21 dekabr 2012 | 16:00

Dekabrın 20-də Tərtər rayon təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər ölkədə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, bu il Tərtər şəhər 1 nömrəli tam orta məktəbi üçün 960 yerlik, Seydimli kənd tam orta məktəbi üçün 160 yerlik, Kəngərli kənd tam orta məktəbi üçün 220 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Seydimli kənd və şəhər 2 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuşdur. Hazırda Qapanlı kəndində 220 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Müasir üslubda inşa olunmuş rayon təhsil şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi təhsil işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilmişdir.
Sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar. İkimərtəbəli inzibati bina 21 iş otağı və akt zalından ibarətdir. Lazımi texniki avadanlıq və inventarla təchiz olunmuş binada istilik sistemi yaradılmış, həyətində abadlıq işləri aparılmışdır.
 

Keçidlər